Türkiyənin Adana bölgəsinin Ceyhan rayonunda quyuya düşən inək yanğınsöndürənlərin uzun sürən səyləri nəticəsində kranın köməyi ilə xilas edilib. İnəyinə yenidən qovuşan Fatma Beşaltı yanğınsöndürənlərə sarılaraq göz yaşlarına hakim ola bilməyib.
Sherg.az xəbər verir ki, Hadisə Ceyhan rayonunun Tatlıkuyu məhəlləsində baş verib. İnəyinin quyuya düşdüyünü görən Fatma Beşaltı 112 Təcili Çağrı Mərkəzinə məlumat verib.

Məlumatdan sonra əraziyə göndərilən yanğınsöndürənlər heyvanı xilas etmək üçün əməliyyata başlayıblar. Uzunmüddətli səylərdən sonra inək kranın köməyi ilə quyudan çıxarılıb.
İnəyinin xilas edilməsindən böyük sevinc yaşayan Beşaltı yanğınsöndürənlərə sarılaraq “Sizə qurban olum, Allah sizdən razı olsun”, - deyib və göz yaşlarına hakim ola bilməyib.

Beşaltının yanğınsöndürənlərə sarıldığı anlar mobil telefon kamerası ilə görüntülənib.