İnsanlar arasında dolaşan İblis…
12:04 18.07.2023
Hadisə
409
İllər sonra sirr çözüldü
Zibilliyə atılmış pizza qutusu illərdir gizli qalan cinayətlərin çözülməsinə işıq salıb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, pizza qutusundan götürülmüş DNA nümunəsi istintaqçılara 59 yaşlı memarın evini nişan verib. Evə daxil olan istintaqçılar gördükləri mənzərə önündə dəhşətə gəliblər; mənzildə şüşə vitrin arxasında bir körpə vardı! Bundan başqa, pişik yemləri, çərçivəli rəsmlər, boş çemodanlar və polislər heyrətə salan daha nələr... Hamısı bir-birinə qarışmış vəziyyətdə idi. Polis 2010-cu ildə ölkəni dəhşətə gətirən silsilə qətllərə aydınlıq gətirə bilmişdi. Lakin qatil haqqında məlumatlar əskikdi. Kim idi bu adam, necə dolanırdı, yaşayışı necə idi? Polis bu suallara cavab tapmaq istəyirdi. Odur ki, qatilin yaşadığı mənzilə daxil olublar. Qarşılaşdıqları mənzərədən ürpəniblər. Silsilə qətllərin ünvanı ABŞ-nin Nyu-York ştatının Long İsland Adası idi. 1990-cı illərdə bütün ölkə burada baş verən qətl hadisələriylə sarsılmışdı. 1996-cı ildən 2011-ci ilədək – 15 il boyunca burada 18 nəfər vəhşicəsinə qətlə yetirilib. Lakin polis sonuncu cinayətin üzərindən 12 il keçdikdən sonra - 2023-cü ildə qatili yaxalaya bilib. Qatilin kimliyi isə ölkəni bir daha dəhşətə gətirib. Bu, 59 yaşlı ixtisasca memar olan Reks Heyrmanndır. 2 övlad atası olan Reks bir şirkətdə memar olaraq çalışıb. 59 yaşlı memar polisin əsas şübhəlilər siyahısında olub və onun hər addımı izlənilib. Nəhayət, bir pizza qutusu qatili “ələ verib”. Polis pizza qutusundan DNA nümunələri götürə bilib və nəticələr bu adamın 18 nəfərin qatil olduğunu təsdiq edib. Şübhəli şəxsin DNA sonucları qurbanlardan birinin bədənində aşkarlanıb. Başqa bir qurbanın vücudunda isə Heyrmannın saç teli olub. Reks Heyrmann ötən həftə Nyu-York şəhər mərkəzində çalışdığı ofisdən polis idarəsinə aparılıb. Suffolk Əmniyyət müdiri Rodni Harrison R. Heyrmann barəsində "Aramızda gəzən bir şeytan o... Ailələri darmadağın etmiş bir vəhşi” ifadələrini işlədib. İstintaqçılar başqa dəlillər tapmaq üçün onun evində axtarış aparmağa başlayıb. Və bu zaman şüşə vitrin arxasında qədimdənqalma körpə gəlincik oyuncağı olduğunu görüblər. Canlı körpədən fərqlənməyən bu gəlinciyi o, niyə şüşə vitrin arxasında saxlayırdı və bununla nəyi isbat etmək istəyirdi? Yəqin ki, bu suala məhkəmə cavab tapacaq. Qatilin yaxalanmasına sevinənlər bu sirrin də çözülməsini səbirsizliklə gözləyir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Qurban bayramı münasibətilə şəxsi heyəti təbrik etdi
20:15 26.05.2026
Hərbi
İsveçrə Prezidenti Azərbaycan liderini təbrik edib
19:48 26.05.2026
Rəsmi
DİM 17 mayda keçirilən imtahanların nəticələrini elan edib
19:41 26.05.2026
Elm və Təhsil
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
19:29 26.05.2026
Siyasət
Seren Ay Çetindən şok iddia: “Sercan Beyza ilə evlənməyi düşünürdü”
19:19 26.05.2026
Şou
Fransada isti hava faciəyə səbəb oldu: 7 nəfər həyatını itirdi
19:03 26.05.2026
Dünya
İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:54 26.05.2026
Gündəm
Bu yağıntılar başdan-ayağa müəmmadır - Ekoloq Ənvər Əliyev
18:20 26.05.2026
Ekologiya
Makron Azərbaycan Prezidentini təbrik etdi
18:15 26.05.2026
Gündəm
Donald Tramp Prezident İlham Əliyevə təbrik ünvanlayıb
18:01 26.05.2026
Gündəm
Qarabağda köməksiz vəziyyətdə cüyür balası aşkar edildi - FOTO
17:53 26.05.2026
Qarabağ
Bir sıra məhkəmələrə hakimlər təyin edildi
17:28 26.05.2026
Gündəm
ABŞ dövlət katibi: “Tramp marşrutu” Cənubi Qafqazda sülhə yol açır
17:14 26.05.2026
Gündəm