“İntiharlarla bağlı siqnallara ciddi yanaşılmalıdır”
Fidan Həmişəyeva
13:36 17.07.2021
Hadisə
710
“Bu gün intihar edənlərin əksəriyyəti sağlam və cavan insanlardır”
“Bunlar onu göstərir ki, əsasən psixoloji faktorlar səbəbindən intihar edənlərin sayı çoxdur”
Bakıda intihar hadisəsi baş verib. Hadisə Nəsimi rayonunda qeydə alınıb. 19 yaşlı Kamilə Həşimli özünü 16 mərtəbəli binanın 10-cu mərtəbəsindən yerə atıb. O, hadisə yerindəcə keçinib.
Digər intihar hadisəsi Hacıqabul rayonunda qeydə alınıb. Rayonun Ələtli kənd sakini, 1972-ci il təvəllüdlü Abbasova Şölə Abbas qızı həyətdəki yarımtikilidə özünü asaraq canına qəsd edib. İntiharın səbəbi hələlik məlum deyil. Hər ikis faktla bağlı araşdırma aparılır.
Ölkəmizdə intiha rlarla bağlı durum ürəkaçan deyil. Hətta vəziyyət olduqca gərgindir. Təəssüf ki, hər gün bir deyil,üç-dörd intihar hadisəsi qeydə alınır. İnsanlar müxtəlif səbəblərdən canlarına qıyır.
Psixoloq Elnur Rüstəmov "Sherg.az"a açıqlamasında bildirib ki, intiharlar əsasən stress faktorunun çox olması ilə əlaqədardır:
“Bu gün intihar edənlərin əksəriyyəti sağlam və cavan insanlardır. Bunlar onu göstərir ki, əsasən psixoloji faktorlar səbəbindən intihar edənlərin sayı çoxdur. Məsələn, əvvəllər uzun müddət xəstəlikdən əziyyət çəkən insanlar, zərərli vərdişləri olanlar və tənha şəxslər intihar edirdisə, bu gün fərqli mənzərənin şahidi oluruq. Bu da onu göstərir ki, günümüzdə daha çox psixoloji narahatlıq faktorundan dolayı insan özünə qapanır və canına qıymaq fikrinə düşür”.
E.Rüstəmov mövcud durumdan çıxış yollarını da diqqətə çatdırıb:
"İntiharların qarşısını almaq üçün insanlar ilk növbədə bir-birinə qarşı diqqətli olmalıdırlar. Xüsusən də ailə üzvləri. İntiharla bağlı hansısa siqnal və fikir eşidirlərsə, mütləq həmin düşüncəni ciddiyə alıb tədbir görməlidirlər. Düşünürəm ki, KİV-lərdə intiharla bağlı xəbərlər az işıqlandırılsa, daha yaxşı olar. Çünki intihara əngəl olan qabaqlayıcı tədbirlərdən biri budur. İnsanların həyat keyfiyyətini artırmaq, onların psixoloji dayanıqlılığını qoruyub saxlamaq və stressə dözümlülüyü artırmaq üçün cəmiyyətdə maariflənmə işi aparılmalıdır. Bu, intiharların qarşısını almaqda vacib hal olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm