İran vitse-prezidentinin ağır yaralanan övladları da vəfat edib

İranın vitse-prezidenti İsmail Səqqab İsfahaninin qəzada ağır yaralanan övladları da dünyasını dəyişib.

Teleqraf xəbər verir ki, vitse-prezidentin ailə üzvlərini daşıyan avtomobil noyabrın 30-da Gərmsar–Tehran magistral yolunda qəzaya uğrayıb.

Hadisə zamanı İsmail Səqqab İsfahaninin həyat yoldaşı qəza yerindəcə həlak olub. Ağır xəsarət alan iki övladı isə xəstəxanaya aparılaraq reanimasiyaya yerləşdirilib.

Məlumata görə, vitse-prezidentin övladları dekabrın 4-də müalicə aldıqları xəstəxanada vəfat ediblər.