İranda 4,5 bal gücündə zəlzələ baş verib

İranın qərbində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Almaniyanın Geologiya Elmləri üzrə Tədqiqat Mərkəzinin (GFZ) məlumatına görə, zəlzələnin episentri 34,50 dərəcə şimal enliyi və 46,33 dərəcə şərq uzunluğunda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Qeyd olunub ki, ilkin məlumatda zəlzələnin maqnitudası 5,0 olaraq göstərilsə də, sonradan bu göstərici 4,5-ə yenilənib.