İstintaq idarəsinin rəisi: Yekaterinburqda baş verənlərlə bağlı Rusiya qurumlarına tapşırıq göndərmişik
Yusif Nəzərli
07:05 02.07.2025
Hadisə
401
“Yekaterinburqda azərbaycanlıların öldürülməsi ilə bağlı hazırki tarixə qədər bizim istintaq qurumuna Rusiyanın səlahiyyətli orqanlarından hər hansı beynəlxalq tapşırıq və məlumat göndərilməyib”.
APA xəbər verir ki, bubu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov bu gün keçirilən brifinqdə deyib.
Nemət Əvəzov qeyd edib ki, ölüm faktı varsa, bu fakt əməliyyat-axtarış fəaliyyətini həyata keçirən dövlət qurumunun binasında və yaxud onun avtomobilində qeydə alınıbsa, bu, mütləq araşdırılmalı hadisədir: "Meyitlərlə bağlı Rusiyada müvafiq ekspertizalar keçirilib, bu da onu göstərir ki, Rusiyadakı həmkarlarımız da artıq araşdırmaya başlayıb. Əməliyyat qurumlarının səlahiyyətli şəxsi tərəfindən belə zorakılığın tətbiqi nəticəsində hər hansı bir şəxs işgəncələrə məruz qalıb öldürülürsə, bu, xüsusilə ağır cinayətdir. Biz ilkin dəlillər, sübutlarlar üzrə 2002-ci il Konvensiyasının tələblərinə uyğun olaraq, Rusiyanın aidiyyəti qurumlarına tapşırıq göndərmişik. Həmin tapşırıqda da biz Rusiyanın səlahiyyətli orqanlarından müvafiq istintaq hərəkətlərinin aparılmasını, materialların təqdim edilməsini, müvafiq ekspertizaların aparılmasını, sənədlərin toplanmasını, baxışların keçirilməsini xahiş etmişik. Rusiya da həmin Konvensiyaya qoşulub. Ümid edirik ki, Konvensiyanın tələblərinə uyğun olaraq, çox yaxın vaxtlarda Rusiyalı həmkarlarımız tərəfindən daha sürətli istintaq və araşdırma hərəkətlərinə başlanılacaq. Törədilmiş cinayətin obyektiv istintaqının aparılması və bütün təqsirli şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması üçün qarşılıqlı təmas yaradılaraq səylərimizi davam etidirəcəyik. Ümid edirik bütün təqsirli şəxslər cinayət məsuliyyətinə cəlb ediləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm