İsveç polisi zorakılıq qurbanı olan 600 uşaq müəyyən edib
Yusif Nəzərli
17:27 18.02.2025
Hadisə
367
İsveç polisi sənədləşdirilmiş seksual zorakılığın qurbanı olmuş uşaqları müəyyən etməyin yeni metodunu hazırlayıb.
AZƏRTAC xəbər verir ki, 2024-cü ildə yaradılmış foto və videomateriallar üzrə milli komandanın işi sayəsində internetdə 600 uşağı müəyyən etmək mümkün olub.
Yeni metod süni intellekt funksiyaları olan analitik proqram və İnterpolun məlumatlar bazası əsasında yaradılıb. Yeni texnologiya polisə sübut və qurbanları daha tez aşkar etməyə imkan verir və bununla da minlərlə faylı bir-bir əl ilə yoxlamaq zərurəti yaranmır.
“İşimizi əhəmiyyətli dərəcədə təkmilləşdirmişik. Lazımi materialları daha tez əldə etməyi bacarmışıq”, - deyə Milli Operativ Polis Şöbəsinin mütəxəssisi Luiza Olen bildirib.
Texnologiyalardan istifadə etməkdən əlavə polis regionlar arasında qarşılıqlı əlaqələri gücləndirib. İndi bütün regionlarda qurban və cinayətkarları operativ axtaran ixtisaslaşmış qruplar mövcuddur.
“Uşaqların axtarışı cinayətin üstünü açmaqda vacib mərhələdir. Uşağı tapa biliriksə, böyük ehtimalla cinayətkarı da müəyyən edə bilərik”, - deyə Olen əlavə edib.
Yeni metod təkmilləşdirilməkdə davam edir, komanda isə dəyişkən vəziyyətlərə daha tez uyğunlaşır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi