İyul ayında Həkəri çayında batmış şəxsin meyiti tapılıb

Bu ilin iyul ayında Həkəri çayında batmış kişinin meyiti tapılıb.

Sherg.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 4 iyul 2026-cı il tarixində Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun meyiti FHN-in xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.