Kolumbiyada 6,5 bal gücündə zəlzələ baş verib

Cənubi Amerika ölkəsi Kolumbiyada baş verən 6,5 bal gücündə zəlzələ insanları küçələrə çıxmağa məcbur edib.

Sherg.az xəbər verir ki, Alman Yer Elmləri Tədqiqat Mərkəzinin (GFZ) məlumatına görə, zəlzələ 10 km dərinlikdə qeydə alınıb.

Zəlzələ paytaxt Boqotada da güclü hiss olunub. ABŞ Geoloji Araşdırmalar Mərkəzi isə zəlzələnin şiddətini 6,3 bal olaraq ölçüb.

Sarsıntı zamanı binaların silkələndiyi, paytaxt ətrafında həyəcan siqnallarının  çalındığı və insanların panikaya düşərək küçələrə qaçdığı bildirilib.