Luvr Muzeyinin Misir Antik Əsərləri Kitabxanasının otaqlarından birində subasma nəticəsində təxminən 300-400 kitab zədələnib.
Axar.az xəbər verir ki, bu barədə BFMTV-yə muzeyin administrator müavini Frensis Steynbok deyib.
O bildirib ki, hadisə 26 noyabrda baş verib. Su altında qalan kitabların ən qədimi 19-cu əsrə aiddir:
"Bunlar vacib əsərlər, dövri nəşrlər, arayışlar, arxeoloji jurnallardır, itirilə biləcək dəyərli kitablardan söhbət getmir".
Subasmanın hidravlik istilik sistemində klapanın təsadüfən açılması nəticəsində yaranan su sızmasından qaynaqlandığı məlum olub.