Türkiyəli məşhur şoumen və aktyor Mehmet Əli Ərbil infarkt keçirib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
O, təcili əməliyyat olunub və ürəyindəki tutulmuş damara stent qoyulub.
Müalicədən sonra xəstəxanadan evə buraxılan 69 yaşlı Ərbilin səhhətinin yaxşı olduğu bildirilir.