Xəbər verdiymiz kimi, Moskvadan Puketə yola düşən "Red Wings" aviaşirkətinə məxsus Boeing 777-200 təyyarəsi uçuş zamanı qəza siqnalı verib.
APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, təyyarə təhlükəsiz şəkildə eniş edib.
Hava gəmisinin bir saata yaxın Moskva vilayəti üzərində dövrə vurduğu bildirilib.