İstanbulun Bakırköy Respublika Baş Prokurorluğunun apardığı narkotik araşdırması çərçivəsində aralarında aktyor, müğənni, iş adamı və sosial media fenomenlərinin də olduğu 21 şübhəli saxlanılıb.
Sherg.az xəbər verir ki, saxlanılanlar arasında Aras Bulut İynemli, Nilperi Şahinkaya, Melis Sezen, Sefo, Hasan Şaş, Melis İşiten, Yağız Sabuncuoğlu və Melisa Şenolsun kimi tanınmış şəxslərin olduğu bildirilib.

İstintaq narkotik vasitələrin istifadəsi və təmin edilməsi, şəxsi həyatın toxunulmazlığının pozulması, şantaj və fahişəliyə vasitəçiliklə bağlı aparılır. Prokurorluğun məlumatına görə, şübhəlilərin narkotik və psixotrop maddələrdən istifadə etməsi, istifadəyə şərait yaratması və ya bunun üçün məkan təmin etməsi ilə bağlı əsaslı şübhəni təsdiqləyən dəlillər əldə olunub.
Saxlanılan 21 nəfər tibbi müayinədən keçirildikdən sonra Ədli Tibb Qurumuna göndərilib.