Nepalda dəhşətli daşqında ölənlərin sayı 626-ya yüksəlib.
Teleqraf xəbər verir ki, Bu barədə Nepalın Fəlakət Risklərinin Azaldılması üzrə Milli İdarəsi məlumat yayıb.
Rəsmi hesabata əsasən, fəlakət zonasında itkin düşənlərin sayı 2456 nəfərdir və onların arasında müxtəlif ölkələrdən gələn 213 xarici turist də var.
Qeyd edək ki, avqustun 26-da Himalay dağlarında nəhəng leksik buzlağın uçması nəticəsində yaranan 9 metrlik qəfil dalğa Trişuli çayı boyunca onlarla kəndi, körpüləri və su elektrik stansiyalarını yerlə-yeksan edib.
Hazırda bölgədə ordu və polisin iştirakı ilə 15 minə yaxın xilasedici axtarış əməliyyatlarını davam etdirir, 4350-dən çox insan fəlakət zonasından təxliyə edilib.
***
08:22
Nepalın şimal rayonlarında baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 616 nəfərə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Nepal polisi məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının son hesabatına əsasən, təbii fəlakət bölgələrində indiyədək 616 nəfərin meyiti aşkarlanıb.
Daşqınlar nəticəsində 2 301 nəfərin xəsarət aldığı və xilas edildiyi bildirilir.
Axtarış-xilasetmə və təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.