
Ödənişli yollarda təhlükəsizlik qaydalarına riayət olunmur -Ekspert
10:21 26.07.2024
Hadisə
437
Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunda qəza olub. “Sherg.az” APA-ya istinadən bildirir ki, yolun Xaçmaz rayonunun Hülövlü kəndi yaxınlığından keçən hissəsində 3 avtomobil qəzaya uğrayıb. Öncə "Chery" markalı minik avtomobili idarəetməni itirərək aşıb. Daha sonra hadisə yerində dayanmaq istəyən "KİZ" markalı avtomobilə arxadan gələn "Chevrolet" markalı nəqliyyat vasitəsinə çırpılıb. Ümumilikdə 8 nəfər müxtəlif dərəcəli xəsarətlar alıb. Onlar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yolunda qəzaların sayı durmadan artır. Mraqlıdır, buna səbəb nədir?
Məsələ ilə bağlı danışam nəqliyyat eksperti Aslan Əsədov "Sherg.az"a bildirib ki, ödənişli yolların təşkil olunmasının əsas məqsədi daha çevik hərəkəti təmin etməkdən ibarətdir:

''Lakin sürət həddi yüksək olan yollarda təhlükəsizlik qaydalarına əməl etmək lazımdır. Təəssüf ki, bu şərtə əməl edən az sayda insan var. Sözügedən hadisədən göründüyü kimi, ödənişli yollarda təhlükəsizlik qaydalarına riayət olunmur. Bu kimi halların baş verməməsi üçün qeyd olunan sürət rejiminə əməl edilməlidir. Qeyd edim ki, bu yolda nişanlarının sayı da olduqca azdır. Fikrimcə, belə magistral yollarda məlumatverici, xəbərdareci nişanlar həddindən artıq çox olmalıdır. Bununla da sürücülər sutkanın qaranlıq saatlarında həmin nişanları mövqe tutaraq hərəkət edə biləcəklər. İstənilən halda belə qəzaların baş verdiyi ərazilərə baxış keçirmək lazımdır ki, problemin səbəbini tapa bilək. Çünki artıq KİV-də baş verən qəzaların əksəriyyətinin ödənişli yollarda olduğunu müşahidə edirik. Ona görə də məsələyə həssas yanaşmaq vacibdir. Problemin əsas səbəbi araşdırılmalıdır. İndiki halda niyə məhz, qəzaların daha çox ödənişli yollarda baş verdiyi haqda fikir bildirmək çətindir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Axtarışa verilən Serenaydan ilk - Açıqlama
05:25 22.05.2026
Şou
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya