
Parisdən sülhə aparan yola dəstək: Fransa Cənubi Qafqaz siyasətində yumşalma yoluna qədəm qoyur
13:00 22.08.2025
Hadisə
447
Makronun Ərdoğan ilə belə bir telefon danışığı aparması onu göstərir ki, Fransa artıq regionda Türkiyəni rəqib yox, tərəfdaş kimi görməyə çalışır
Son zamanlar Cənubi Qafqaz bölgəsində baş verən hadisələr göstərir ki, beynəlxalq münasibətlərdə bəzi dəyişikliklər baş verir. Bu dəyişikliklərdən biri də Fransanın Azərbaycan-Ermənistan məsələsinə yanaşmasındakı yumşalmadır. Görünən odur ki, illərdir Ermənistanı açıq şəkildə dəstəkləyən Fransa indi daha balanslı mövqe nümayiş etdirməyə başlayır. Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan və Ermənistan liderləri arasında aparılan birbaşa danışıqlara müsbət yanaşması və Türkiyə Prezidenti ilə telefon danışığı aparması bu dəyişikliklərin nümunəsidir. Fransa artıq regionda sülhün və əməkdaşlığın vacibliyini anlayır və bu istiqamətdə addımlar atmağa çalışır.
Politoloq Turab Rzayev Sherg.az-a Makronla Ərdoğanın Ermənistan-Azərbaycanla bağlı telefon danışığı aparmasından, eyni zamanda Fransanın yumuşalan mövqeyindən söz açıb:

"Burada bizim üçün iki əhəmiyyətli məsələ var. Birincisi, faktiki olaraq Azərbaycanla Ermənistan arasında aparılan danışıqlara dəstək ifadə etməklə Fransa artıq Azərbaycanın və Türkiyənin mövqelərinin yaxınlaşdığını qəbul edir. Bu günə qədər Fransa Ermənistanı açıq şəkildə dəstəkləyir, Azərbaycana qarşı təzyiqlər göstərməyə çalışırdı. Bunu dəfələrlə həm BMT səviyyəsində, həm də Avropa İttifaqında görmüşük. İndi isə görünür ki, Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında keçirilən ikitərəfli görüşü müsbət dəyərləndirib. Bu isə onu göstərir ki, artıq vasitəçisiz, fərqli formatlar olmadan iki ölkə arasında birbaşa dialoqu tanıyırlar. Halbuki, indiyə qədər Fransanın mövqeyi bu idi ki, ya Qarabağ formatı, ya da beşli format (Avropa İttifaqı, Fransa, Almaniya, Ermənistan, Azərbaycan) olmalıdır.
Bu, müsbət haldır. Fransanın bu münasibəti regionda sülhün bərqərar olması, sərhədlərin müəyyən olunması və iqtisadi kommunikasiyaların açılması istiqamətində irəliləyişin dəstəkləndiyini göstərir. Faktiki olaraq Fransa Azərbaycanla Ermənistanı sülhə aparan yolu dəstəkləyir".
Politoloq ikinci əhəmiyyətli məsələnin Türkiyə Prezidenti ilə Fransa Prezidenti arasında baş tutan telefon danışığı olduğunu bildirib:
"Fransa çox yaxşı bilir ki, Türkiyə ilə Azərbaycanın münasibətləri son dərəcə güclüdür və Ankara bu məsələdə Bakının açıq və prinsipial müdafiəçisidir. Makronun Ərdoğan ilə belə bir telefon danışığı aparması onu göstərir ki, Fransa artıq regionda Türkiyəni rəqib yox, tərəfdaş kimi görməyə çalışır. Bu da göstərir ki, Fransa Şərqi Aralıq dənizində, Balkanlarda, Qaradənizdə, Qafqazda və Şimali Afrikada siyasi və hərbi təsirini artırmaq üçün Türkiyə ilə qarşıdurmadan çox, koordinasiyaya üstünlük verir. ABŞ-Türkiyə arasında bu cür koordinasiyaların əvvəllər baş verdiyini müşahidə etmişik. İndi eyni yanaşma Fransada da müşahidə olunur.
Bütün bu proseslər onu göstərir ki, Fransa Cənubi Qafqaz siyasətində yumşalma yoluna qədəm qoyur. Bu, eyni zamanda Azərbaycanın maraqları əleyhinə olan, Ermənistanı qərəzli şəkildə dəstəkləyən əvvəlki mövqedən imtina edilməsinin ilkin əlamətidir".
Turab Rzayev bu yanaşmanın davam etdiyi təqdirdə Fransanın Ermənistanın səmərəsiz və təxribatçı davranışlarına açıq dəstək verməkdən çəkinəcəyini söyləyib:
"Rəsmi Paris Azərbaycanın əleyhinə olan fəaliyyətlərdən geri çəkiləcək və regionda real sülh prosesinə töhfə verəcək.
Yekunda demək olar ki, bu yeni yanaşmalar-həm Fransanın ikitərəfli danışıqları dəstəkləməsi, həm də Türkiyə ilə əlaqələrini gücləndirməsi Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün daha müsbət atmosferin yaranmasına şərait yaradır. Bu isə Azərbaycanın diplomatik uğurudur və dövlət başçısının uğurlu xarici siyasət kursunun növbəti nəticəsidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya