Tekirdağın Saray qəsəbəsində 65 yaşlı kişinin burnundan 100 qramlıq daş çıxarılıb.
Sherg.az xəbər verir ki, Saray Bələdiyyəsində 27 il boyunca infrastruktur, yol və səkilər üzərində çalışan 65 yaşlı Salih Müldür, uzun müddət davam edən burun tıxanıqlığı səbəbi ilə xəstəxanaya müraciət edib. Özəl bir xəstəxanada aparılan müayinədə sağ burun dəliyində anormal görünüş aşkar olunub.
Müayinələr nəticəsində bu görünüşün betonabənzər bir quruluşa malik olduğu və Salih Müldürün nəfəs almasını tamamilə əngəllədiyi müəyyən edilib. Bunun üzərinə aparılan əməliyyatla 100 qramlıq daş parçalanaraq Salih Müldürün burnundan uğurla çıxarılıb.
Uğurla başa çatan əməliyyatdan sonra danışan Salih Müldür deyib:
“Uzun illər burun tıxanıqlığı ilə üzləşirdim. Həkim burnumda daş olduğunu deyəndə çox təəccübləndim. Aparılan əməliyyatı uğurla başa vurdum. İnanıram ki, həyat keyfiyyətim yaxşılaşacaq.”
Müldürün peşə fəaliyyəti səbəbindən illər boyunca burnunda yığılan toz, torpaq və sementin sərtləşməsi nəticəsində bu betonlaşmış quruluşun yarana biləcəyi bildirilib.