Prorektorun qətli: bacısı oğluna sifariş verib ki… – Yeni detallar
09:39 17.11.2023
Hadisə
550
Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin mərhum prorektoru Tariyel Əhmədovun qətlə yetirilməsi faktı ilə bağlı sözügedən təhsil müəssisəsinin sabiq rektoru Müşfiq Atakişiyev saxlanılıb. Məhkəmənin qərarı ilə Müşfiq Atakişiyev barəsində vəzifədən kənarlaşdırılmaqla həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, sabiq rektor prorektorun qətlini bacısı oğlu Dəyanət Quliyevə sifariş verib. Sonuncu isə həmkəndlisi ilə əlbir olaraq, Tariyel Əhmədovu qətlə yetirib.
Globalinfo.az bildirir ki, “Yeni Sabah” Müşfiq Atakişiyevin saxlanılması ilə bağlı detalları öyrənib.
Məlum olub ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə keçirilən çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin sifariş əsasında törədilməsinə dair sübutlar əldə edildikdən sonra Müşfiq Atakişiyevin həbsinə qərar verilib.
Sabiq rektor Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda iş otağında saxlanılıb.
Məlumat üçün bildirək ki, Müşfiq Atakişiyev 2022-ci ildən AMEA İqtisadiyyat İnstitutunun icraçı direktoru vəzifəsində çalışır. O, professor Nazim İmanovun rəhbərlik etdiyi bu nəhəng elm ocağında əsas adam sayılırdı. İnstitutun direktoru sabiq deputat Nazim İmanov olsa da, quruma rəhbərliyi Müşfiq Atakişiyev həyata keçirirdi. Onun razılığı olmadan nə doktorluq, nə də namizədlik dissertasiyasının müdafiəsi mümkün olub. Hətta kadr təyinatlarına da birbaşa Müşfiq Atakişiyev rəhbərlik edib.
İş yoldaşlarından biri deyib ki, Müşfiq Atakişiyev saxlanılacağından tamamilə xəbərsiz olub. O, dünən yüksək əhvali-ruhiyyə ilə işə gəlib. Ənənəvi tapşırıqlarını verəndən sonra 16-18 noyabr tarixlərində “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanına yola düşməyə hazırlaşıb. Bu vaxt hüquq-mühafizə orqanlarının əməkdaşları professorun AMEA-dakı iş otağına daxil olaraq, onu həbs ediblər.
Məlumatlara görə, Müşfiq Atakişiyevin qəfil həbsi İqtisadiyyat İnstitutunun kollektivi arasında şok effekti yaradıb. Bu həbsdən ən çox narahat olan isə İqtisadiyyat İnstitutunun direktoru 69 yaşlı professor Nazim İmanovdur. Qocaman professorun hazırda karyerası ilə bağlı ciddi narahatlıq keçirdiyi bildirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət