“Qanun” nəşriyyatının tərcüməçisi dağda öldü - Araşdırma aparılır

“Qanun” nəşriyyatının tərcüməçisi Ziya Muradov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu paylaşım edib. Bildirib ki, Ziya Muradov Quba ərazisində 17 nəfərlik turist qrupu ilə dağ yürüşündə olarkən həyatını itirib. Hadisə ilə bağlı məlumatın indiyədək ictimaiyyətə açıqlanmadığı, Z.Muradovun ölümündə müəmmalı məqamların olduğu və bu barədə aidiyyəti qurumlara məlumat verildiyi əlavə edilib.

Əldə etdiyimiz məlumata görə, Bakı şəhər sakini 1964-cü il təvəllüdlü Muradov Ziya Fazil oğlu avqustun 2-si Quba rayonunun Xanagah kəndində vəfat edib. Onun infarktdan öldüyü qeyd edilib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.