Qazaxda ata və qızı göldə boğulub

Qazaxda iki nəfər göldə boğulub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Bala Cəfərli kəndi ərazisində yerlşən göldə qeydə alınıb.

Rayon sakini R.Xəlilov və onu övladı R.Xəlilova kənd ərazisində yerləşən göldə batıblar.

Hadisə yerinə FHN əməkdaşları cəlb edilib.

Onların meyitləri sudan çıxarılıb.