Qazidən Ali Baş Komandana minnətdarlıq:“Səsimizə səs verildi...”

“Çox gözəl bir fərman imzalandı”

“Şəhid ailələri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin siyahısı qeyd olunub”

Şəhid ailələri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılacaq. Bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.
Məqsəd onlara əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə, eləcə də digər sahələrdə göstərilən xidmətlərin keyfiyyətinin yüksəltməkdir. Vətəndaş məmnunluğunun təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində səmərəliliyin, şəffaflığın artırılması, habelə xidmətlərin vahid məkandan təxirəsalınmaz və operativ icrasını təmin etmək də əsas hədəflərdəndir.

"Qarabağ qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu yeni mərkəzin hansı formada fəaliyyət göstərəcəyinə dair fikirlərini “Sherg.az”la bölüşüb.

“Cənab Prezident daimi şəhid ailələri və qazilərə dəstək olub. Ali Baş Komandan şəhid ailələri və qazilərin həyatı üçün çox vacib sənədlər imzalayıb, vəsaitlər ayırıb. "Qarabağ Qaziləri" İctimai Birliyi də bu sahədə peşəkar və ixtisaslaşmış bir təşkilat kimi böyük təcrübəyə malikdir. Birlik olaraq belə bir mərkəzin yaradılması üçün cənab Prezidentə müraciət etmişdik.

Çox sevinirik ki, səsimizə səs verildi və çox gözəl bir fərman imzalandı. Şəhid ailələri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin siyahısı qeyd olunub.

Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin siyahıda nəzərdə tutulmuş dövlət orqanlarının müxtəlif xidmətlər üzrə fəaliyyətinin əlaqələndirilməsi müəyyən edilib.

Ümid edirik ki, bu fərman şəhid ailələri, Qarabağ əlilləri və onlara bərabər olan vətəndaşlarımızın həyatında böyük önəm daşıyacaq. Belə bir fərman imzaladığı üçün Ali Baş Komandana minnətdarlığımızı bildiririk ki, bizə diqqət və qayğı göstərir”.