Qohumlarının onminlərlə manatını alıb "TikTok"da xərclədi
Qohumlarının onminlərlə manatını alıb "TikTok"da xərclədi
09:53 17.09.2024
Hadisə
505
Məşhur sahibkar qardaşların biznes pullarını "TikTok"a xərcləyən qohumları ilə bağlı məhkəmə qərar verib.
"Qaynarinfo"nun məlumatına görə, 1996-cı ildə Cəlilabad rayonunun Məmmədrzalı kəndində doğulmuş Fəxri Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb.
Məlum olub ki, Fəxri Məmmədov xalası oğlu olan sahibkar Ehtiqad Qardaşovun təsisçisi olduğu "Agro EM" MMC şirkətinin 164 min manatını mənimsəyib. Təqsirləndirilən şəxs Azərbaycanda taxıl satışı ilə məşğul olan şirkətdə çalışıb. O, qohumluq əlaqələrindən istifadə edərək şirkətin 164 040 manat pulunu hissə-hissə "MilliÖn" aparatı vasitəsi ilə "TikTok" sosial şəbəkəsində istifadə edilən jeton almaq üçün istifadə edib.
Məmmədov "TikTok"da canlı yayım edən istifadəçilərin yayımlarına baxıb, xoşuna gələn istifadəçilərə bir ədədinin qiyməti 650 manat olan "şir" jetonu göndərib. 9-20 iyun 2023-cü il tarixləri aralığında zərərçəkmiş şəxsə çatdırmaq üçün müxtəlif şəxslərdən qəbul etdiyi ümumilikdə 164 040 manat məbləğində pulun demək olar ki, hamısını bu üsulla, yəni "TikTok" canlı yayımlarında müxtəlif istifadəçilərə bahalı hədiyyələr göndərməklə xərcləyib.
Təqsirləndirilən şəxs ifadəsində deyib ki, hədiyyə göndərmək istifadəçinin nüfuzunu artırdığından və bu ona maraqlı gəldiyindən, eləcə də başqalarının gözündə imkanlı biri kimi görünmək hissi xoş olduğundan, həm də yeni tanışlıqlara nail olmaq üçün təxminən 2023-cü ilin mart-aprel ayından profilinin balansına öz vəsaiti hesabına xırda məbləğlərdə pul əlavə edib, sonradan müxtəlif şəxslərə hədiyyələr göndərməyə başlayıb. Kiçik məbləğli hədiyyələr elə də diqqət çəkmədiyindən bahalı hədiyyələr göndərib, nüfuzunu artırmaq arzusuna düşüb. Maddi imkanı 650 manat olan bahalı hədiyyə göndərməyə çatmadığı üçün müxtəlif şəxslərdən aldığı və xalası oğluna çatmalı olan pulları profilinin balansına köçürərək, bahalı hədiyyələr göndərib.
Ehtiqad Qardaşov məhkəmədə təqsirləndirilən şəxsi bağışladığını və ona dəyən zərərin Fəxrinin valideynləri tərəfindən ödənildiyini bildirib. Məhkəmənin qərarı ilə Fəxri Məmmədov 5 il 6 il müddətə şərti olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya