Rusiyada yaralı azərbaycanlı xəstəxanadan oğurlandı
Yusif Nəzərli
17:57 02.07.2025
Hadisə
418
Rusiya Federasiyasının Milli Qvardiyasının, Daxili İşlər Nazirliyinin və Federal Təhlükəsizlik Xidmətinin Sverdlovsk vilayəti üzrə əməkdaşlarının Yekaterinburqda törədikləri hadisə zamanı xəsarət alan Kamal Səfərov xəstəxanadan oğurlanıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu barədə iyunun 27-də Yekaterinburqda törədilən hadisə zamanı qətlə yetirilən və yaralanan şəxslərin yaxınları məlumat verib.
Onların sözlərinə görə, baş vermiş hadisə zamanı müxtəlif dərəcəli xəsarət alan Kamal Səfərov Yekaterinburqda yerləşən xəstəxanaların birində əməliyyat olunduqdan sonra müalicəsinə davam edirdi. Lakin bu gün günorta saatlarında xəstəxanaya gələn naməlum şəxs və ya şəxslər K. Səfərovu özləri ilə aparıblar. Yaxınları bildirib ki, onu hara apardıqları barədə heç bir məlumat verməyiblər.
Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumata görə, iyunun 27-də səhər saatlarında Rusiya Federasiyasının Milli Qvardiyasının, Daxili İşlər Nazirliyinin və Federal Təhlükəsizlik Xidmətinin Sverdlovsk vilayəti üzrə əməkdaşlarının iştirakı ilə Yekaterinburq şəhərində həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının 1966-cı il təvəllüdlü (60 yaş) vətəndaşı Hüseyn Səfərov həmin gün saat 15 radələrində Yekaterinburq daxili işlər orqanının inzibati binasında, onun qardaşı – 1970-ci il təvəllüdlü (55 yaş) taksi sürücüsü kimi fəaliyyət göstərən iki övlad atası Ziyəddin Səfərov isə səhər saatlarında əməliyyat qurumuna məxsus xidməti avtomobildə aldığı xəsarətlər nəticəsində xüsusi amansızlıqla qəsdən öldürülüb.
Toplanan materiallar əsasında Azərbaycan Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 12.2 (ölkə xaricində Azərbaycan Respublikasının vətəndaşına qarşı cinayət törədildikdə məsuliyyətin Azərbaycan qanunvericiliyi ilə müəyyən olunması), 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda) və 293.3-cü (işgəncə vermə və ya digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qoyma, bu hərəkətlər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm