Rusiya Ukrayna sahillərində Türkiyəyə məxsus “GOLDEN LEO” gəmisinə 3 “X-59 /Х -69” qanadlı raketi ilə zərbə endirib. 5 nəfər həlak olub, 5 nəfər yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediasında məlumat yayılıb.
***
Ukrayna Hərbi Dəniz Qüvvələrinin məlumatına əsasən, gəmidə baş verən hücum nəticəsində azı altı dənizçi həlak olub.
***
İyulun 19-da Rusiyanın üç raketlə zərbə endirdiyi Türkiyəyə məxsus "GOLDEN LEO" mülki yük gəmisində daha dörd dənizçinin meyiti aşkarlanıb.
Bu barədə Odessa Vilayət Prokurorluğu məlumat yayıb.
Bununla da Rusiya hücumu nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb. Ölənlərdən 9-u əcnəbi ekipaj üzvü, 1-i isə ukraynalı bələdçi (lotsman) olub.
Hadisə nəticəsində daha 7 nəfərin isə yaralandığı bildirilib.