Sabirabadın Suqovuşan kəndində 2 yaşlı uşaq gölməçəyə düşərək boğulub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, valideynlərinin nəzarətindən yayınan uşaq həyətdəki gölməçəyə düşüb. Hadisə nəticəsində uşaq həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.