Sabirabadda atasının ölümündə şübhəli bilinən şəxs tutulub
Yusif Nəzərli
06:26 25.02.2024
Hadisə
446
Fevralın 24-də Sabirabad rayon sakini 1953-cü il təvəllüdlü Mirtahir Səmədovun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabirabad rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, ilkin araşdırma zamanı 1982-ci il təvəllüdlü Xəyyam Səmədovun fevralın 23-də Sabirabad şəhəri H.Həmidov küçəsi ərazisində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı atası Mirtahir Səmədovun baş və bədəninin müxtəlif nahiyələrinə müxtəlif predmetlərlə xəsarətlər yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Xəyyam Səmədov iş üzrə şübhəli şəxs qismində tutulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol
Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
14:34 08.08.2026
Dünya