Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB

Sabirabad rayonunda 2007-ci il təvəllüdlü şəxs (qadın) 38-39 həftəlik hamiləlik səbəbilə 13.09.2026-cı il tarixində saat 23:00 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın Mil-Muğan bürosunun sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, ölü döl ana bətnindən xaric olunub.

Hazırda pasiyentin müalicəsi Doğum şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

***

10:37

Sabirabadda uşaq ölü doğulub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad doğum evində rayon sakini, 38-39 həftəlik hamiləlik dövrü olan 2007-ci il təvəllüdlü Ə. Soltanova doğuş zamanı ölü uşaq dünyaya gətirib.

Faktla bağlı araşdırma aparılır.