Salyanda motosiklet piyadanı vuraraq öldürdü

Salyanda motosiklet piyadanı vuraraq öldürüb.

Sherg.az APA-ya istinadla xəbər verir ki, hadisə Salyan şəhərində qeydə alınıb.

"Muravey" markalı motosiklet yolu keçən piyadanı vurub.

Ağır xəsarətlər alan piyada xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.