Şəmkir sakinini elektrik cərəyanı vurdu

Şəmkir sakini bədbəxt hadisə nəticəsində ölüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, 1966-cı il təvəllüdlü İntiqam Əsgərovu elektrik cərəyanı vurub.
59 yaşlı şəxs aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Əraziyə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma başlanılıb.