Şəmkirdə 12 yaşlı qızı qətlə yetirməkdə şübhəli bilinən 16 yaşlı bacısı tutuldu - FOTO

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən şəxs tutulub.

Teleqraf-ın Qərb bürosunun xəbərinə görə, Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən bacısı, 16 yaşlı Səma Namazova saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Şəmkirdə itkin düşdüyü ehtimal olunan 12 yaşlı qız bıçaqlanmış vəziyyətdə valideynləri tərəfindən yaşadıqları həyətdə tapılmışdı.