Şəmkirdə narkotik yetişdirən şəxslər saxlanılıb
07:26 13.07.2021
Hadisə
506
Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) Kür Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə Qəbələ rayon Nic kənd sakini Rizvan Abdullayev, Tovuz rayon sakin Elnur Hümbətov, Şəmkir rayon sakinləri Şahmar Hüseynov və Xəyal Həsənovun rayonun Qapanlı kənd ərazisində xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdikləri narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Əraziyə baxış zamanı oradan 345 ədəd ümumi çəkisi 121 kq 800 qram olan narkotik çətənə kolu, həmçinin həmin kollara xüsusi qulluq göstərmək üçünü zəruri alətlər aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxslər cari ilin may ayında bir araya gələrək narkotik vasitə becərmək barədə qərara gəldiklərini etiraf ediblər.
Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.
Faktla RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə