
Silahla qorunurlar, kəndə enən ayılar camaatı qorxuya salıb
09:10 17.07.2023
Hadisə
447
Türkiyənin Rizə şəhərinin Çayeli rayonunda ac ayılar endikləri Derecik kəndində kənd təsərrüfatı məhsullarına və arı pətəklərinə ziyan vurur. Sherg.az türk mediasına istinadən xəbər verir ki, kəndlilər 15 nəfərdən ibarət komanda ilə gecələr patrul xidməti aparır və ayıları qovmaq üçün səs məşəllərindən istifadə edirlər.
Ayı ilə qarşılaşdığı anı izah edən Həsən Şimşək, "Ayılara görə yığışıb keşiş çəkirik. Keçən dəfə həyat yoldaşım ərik istədi, mən də ağaca çıxıb topladım. Aşağı enərkən gözümə ayı sataşdı, hücüm etmək istədi. Mən də qışqırdım, bir qədər gözlədi, sonra getdi. Ağacda 5 dəqiqə gözlədim ki, ayı tamam getsin.Axşamlar atəş səsləri ilə ayıları qorxuduruq” deyə bildirib.

Kənd muxtarı Ramazan Küçüksarı kəndlilərin qorxu içində yaşadıqlarını ifadə edərək, bunları söyləyir:
"Dünən bir qız burada ayı ilə qarşılaşdı. Qorxdu və evdə gizləndi. Dostlarla əraziyə gəldik. Səs fişəngi atdıq. Çalışırıq ki, heyvanları insanların yaşayış yerindən uzaq tutaq.Son vaxtlar kəndimizdə ayı sürüləri çoxalıb. Yaşayış məntəqəsi olan insanların evlərinə gəlməyə başlayıblar. Bizim kimi bir neçə nöqtədə patrulluq edən dostlarımız var. Ümid edirəm ki, bu vəhşi heyvanlar ərazidən uzaqlaşacaq və özümüzü rahat hiss edəcəyik.Hamımız narahatıq.Kənddə hər ev qorxu içində yaşayır”.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Qurban bayramı münasibətilə şəxsi heyəti təbrik etdi
20:15 26.05.2026
Hərbi
İsveçrə Prezidenti Azərbaycan liderini təbrik edib
19:48 26.05.2026
Rəsmi
DİM 17 mayda keçirilən imtahanların nəticələrini elan edib
19:41 26.05.2026
Elm və Təhsil
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
19:29 26.05.2026
Siyasət
Seren Ay Çetindən şok iddia: “Sercan Beyza ilə evlənməyi düşünürdü”
19:19 26.05.2026
Şou
Fransada isti hava faciəyə səbəb oldu: 7 nəfər həyatını itirdi
19:03 26.05.2026
Dünya
İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:54 26.05.2026
Gündəm
Bu yağıntılar başdan-ayağa müəmmadır - Ekoloq Ənvər Əliyev
18:20 26.05.2026
Ekologiya
Makron Azərbaycan Prezidentini təbrik etdi
18:15 26.05.2026
Gündəm
Donald Tramp Prezident İlham Əliyevə təbrik ünvanlayıb
18:01 26.05.2026
Gündəm
Qarabağda köməksiz vəziyyətdə cüyür balası aşkar edildi - FOTO
17:53 26.05.2026
Qarabağ
Bir sıra məhkəmələrə hakimlər təyin edildi
17:28 26.05.2026
Gündəm
ABŞ dövlət katibi: “Tramp marşrutu” Cənubi Qafqazda sülhə yol açır
17:14 26.05.2026
Gündəm