Sumqayıtda mənzildə meyit aşkarlandı

Sumqayıt şəhərində fərdi yaşayış evində meyit aşkar edilib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Nəbi Hümbət oğlu Məhərrəmov meyiti yaşadığı evdə aşkar edilib.

İlkin məlumata görə, onun ölümü qəfil baş verib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.