Suraxanıda evdən oğurluq edən qadın saxlanıldı

Qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sherg.az-a verilən xəbərə görə, Suraxanı rayonunda oğurluq hadisəsi qeydə alınıb. Rayon ərazisində yerləşən evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları talanıb.

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı S.Hüseynova müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin taladığı qızıl-zinət əşyalarının bir qismini satdığı məlum olub.

Araşdırma davam etdirilir.