Suraxanıda usta mənzildən 10 min manatlıq qızıl oğurlayıb

Suraxanı rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

APA DİN-ə istinadən xəbər verir ki, rayon sakinlərindən biri polisə müraciət edərək evindən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı V.Məmmədov saxlanılıb. O, hadisəni usta kimi işlədiyi evdə törədib.

Araşdırmalar davam etdirilir.