
Taksi sürücüsü qadını döydü! – “Bu şəxslər kollektivdə işləməyi düşünürsə...”
Yusif Nəzərli
13:43 25.07.2022
Hadisə
667
Ötən həftə Bakıda taksi sürücüsü avtomobildə qadını döyüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə iyulun 20-də saat 1 radələrində Qaraçuxur qəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücünün avtomobilində sərnişin qismində olan qadını döyüb quldurluq yolu ilə içərisində 150 manatı olan pulqabısını talaması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Tərtər rayon sakini İ.Paşayev müəyyən edilərək saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Hadisəyə heç bir haqq qazandırmaq olmaz deyən psixoloq Əfsanə Rüstəmova "Sherg.az"a bildirib ki, bütün sərnişinlər mükəmməl olmadığı kimi, bütün sürücülər də mükəmməl deyil:
"Əgər diqqət etsək görərik ki, təhsil insanları cəmiyyətə faydalı bir şəkildə formalaşdırır. Nəinki ali təhsilli, hətta natamam təhsilli insanları ucuz işçi qüvvəsi kimi görmək onları aqressivləşdirir. Belə insanların işləyəcəyi sahələr də olduqca məhduddur. Bu vəziyyətdə sükan arxasına keçib sürücülük edənlər insanlara aqressivlik nümayiş etdirirlər. Sükan arxasındaykən özü ilə yanaşı, sərnişinin də məsuliyyətini daşımaq gərginliyi artırır. Qeyd edim ki, sürüculərin hamsının kobud olmadığı kimi, sərnişinlərin də hamısı mədəni deyil. Əgər bu şəxslər kollektivdə işləməyi düşünürsə, o zaman toplum da özünü necə aparmağı bilməlidir. Əks halda evindən çölə çıxmamalıdır. Lakin biz bir hadisəni etalon tutub, bütövlükdə bu sektorda çalışan insanları günahladırmamalıyıq. Ümumiyyətlə, insan faktoru olan hər yerdə problemin olacağını düşünüb, etik davranışlara uyğun addımlar atmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə