Tatarıstanda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, qəza nəticəsində iki nəfər ölüb.
Qəza təlim uçuşu zamanı baş verib.
Kursant və təlimatçı “Cessna 172” təyyarəsi ilə Vısokaya dağından təlim uçuşu həyata keçiriblər.
Uçuş zamanı təyyarə televiziya qülləsinə çırpılıb və Şemordan kəndindəki şəxsi evin bağçasına düşüb.
Ölən şəxslərin Kurkaçi aerodromunda yerləşən Tatarıstan Mərkəzi Aeroklubunun üzvləri olduğu bildirilib.