Terror aktı hazırlamaqda ittiham olunan şəxsin məhkəməsi keçirilib
Yusif Nəzərli
06:45 30.07.2024
Hadisə
255
Bakı Ağır Cinayətlər Məhkəməsində terror aktı hazırlığında ittiham olunan Elşən Nəcəfovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Sherg.az APA-ya istinadən xəbər verir ki, hakim Aytən Əliyevanın sədrliyi ilə ikeçirilən iclasda növbəti şahid ifadəsi elan edilib.
Şahid qismində dindirilənlərdən İbrahim Əlirzayev təqsirləndirilən şəxsi başqa adla açdığı sosial şəbəkə hesabından tanıdığını deyib. Şahid, həmçinin Elşən Nəcəfovun Azərbaycan dövlətinin suverenliyi əleyhinə paylaşımları barədə də məlumat verib.
İclasda Elşən Nəcəfov ifadə verə bilməyəcəyini və özünü yaxşı hiss etmədiyini bildirərək məhkəmədən vaxt istəyib.
Məhkəmə prosesi sentyabrın 23-də davam etdiriləcək.
Qeyd edək ki, cinayət işi materiallarına əsasən, 38 yaşlı Elşən Nəcəfovun 2023-cü ilin sentyabr ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyat zamanı saxlanıldığı məlum olur.
Elşən Nəcəfova qarşı irəli sürülmüş ittihamda qeyd edilib ki, o, xarici ölkə ərazisində yaşayan digər Azərbaycan Respublikası vətəndaşı ilə əlbir olub xarici dövlət rəsmilərinin Azərbaycana səfəri zamanı onlara və Azərbaycanın dövlət və ictimai xadimlərinə qarşı ictimai tədbirdə imkan əldə edib terror hücumu etməyə hazırlıq hərəkətləri edib. Bu barədə qətiyyətini ifadə etdiyi və əlbir olduğu şəxsə göndərdiyi səs yazıları iş materiallarına əlavə edilib.
Sonuncu Elşən Nəcəfova planı həyata keçirərkən öldürüldüyü halda “şəhid” hesab ediləcəyini bildirib.
Elşən Nəcəfov DTX əməkdaşları tərəfindən anidən ifşa edilərək saxlanıldığından, iradəsindən asılı olmayaraq qeyd olunan terror əməllərini törətməyə cəhd edə bilməyib.
Ona Cinayət Məcəlləsinin 28, 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq) və digər maddələri ilə ittiham elan edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
19:19 21.05.2026
Rəsmi