Tərtərdə silahlı insident baş verib
Yusif Nəzərli
17:00 25.07.2022
Hadisə
703
Tərtərdə silahlı insident baş verib.
“Report” xəbər verir ki, hadisə rayonun Əskipara kəndində qeydə alınıb.
Rayonun Yuxarı Qaradağlı kənd sakini, özəl sahibkar Namiq Əmikişi oğlu Hüseynov əkdiyi pambıq sahəsini suvarmaq məqsədilə qonşu Əskipara kəndindən gələn arxdan su açıb. Bu zaman kənd sakini Rəsul adlı şəxs pambıq üçün su verməyəcəyini deyib.
Su üstündə yaranan mübahisədən sonra Namiq Hüseynov şəxsi “VAZ 2106” markalı avtomobilinə əyləşib gedərkən Rəsul adlı şəxs ona odlu silahdan atəş açıb. Atəş nəticəsində Namiq Hüseynova xəsarət yetirilməsə də, şəxsi avtomobilinə ciddi ziyan dəyib.
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm