Tiktokda qadınları təhqir etdi, həbs olundu
Yusif Nəzərli
06:07 18.02.2025
Hadisə
361
Tiktok sosial şəbəkəsində əxlaqsız video və fotolar paylaşan Hafiz Xəyyam oğlu Paşayev həbs edilib.
Sherg.az Teleqraf-a istinadən xəbər verir ki, Masallı rayon sakini, 2000-ci il təvəllüdlü Hafiz Paşayevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.
Müəyyən edilib ki, o, Tiktokda istifadəçilərin foto və şəkilləri fonunda nalayiq səslər paylaşıb. Onun barəsində araşdırma başlanıb.
H.Paşayev 16 fevral saat 15 radələrində Polis Şöbəsinin Təhqiqat bölməsinin xidməti otağında olduğu vaxt təhqiqatçının suallarına cavabda "yaxşı elədiyini" bildirib, əsəbiləşərək otaqda səs-küy yaradıb. O, otaqda olan polis əməkdaşlarının qanuni tələbinə tabe olmayıb.
İş üzrə izahat verən Hafiz Paşayev özünü təqsirli bilib. Bildirib ki, söyüşlə bağlı olmayan paylaşımlar edib, xanımların foto-şəkillərini yayıb:
“Özümə məxsus 5 saxta sosial şəbəkə profillərindən tanımadığım təxmini 100 xanımın şəkillərini paylaşmışam. Xanımlar mənə qarşı sosial şəbəkədə söyüşlər ünvanlayıblar. Sosial şəbəkədə tanış olmaq üçün onlara yazmışam, pis niyyətim olmayıb. Masallı Rayon Polis Şöbəsinə dəvət olunduğum üçün əsəbi olmuşam. Özümdən asılı olmayaraq söyüş söyməyə başlamışam”.
H.Paşayev barəsində tərtib edilmiş protokol baxılması üçün Masallı Rayon Məhkəməsinə təqdim olunub. Fevralın 17-də keçirilən prosesdə qərar verilib. O, 20 gün müddətinə həbs edilib.
Onun cəzasının saxlanıldığı vaxtdan, 16 fevral saat 16:30-dan hesablanması barədə qərar qəbul edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi