Tovuzda 10 yaşlı qızın yanmış meyiti ərazidən götürülüb - FOTO
08:48 07.01.2020
Hadisə
736
Tovuzda 10 yaşlı uşağın ölümü ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıb.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, bu gün Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin əməkdaşları hadisə yerinə baxış keçiriblər.
Hadisə yeri müayinə edilib və iş üçün zəruri olan bütün maddi sübutlar götürülüb. Azyaşlının meyiti ərazidən götürülərək ekspertizaya göndərilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı xəbərə görə, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Yanvarın 6-da azyaşlının Dondar Quşçu kəndi ərazisində yanmış meyitinin aşkar olunması ilə əlaqədar dərhal Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin təcrübəli əməkdaşları Tovuz rayonuna ezam olunublar.
Hazırda iş üzrə cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət