Ağcabədi rayonunda traktora bir neçə qoşqunu qoşan və əsas hərəkət zolağında təhlükə yaradan sürücü ilə bağlı tədbir görülüb.
Sherg.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
"Videogörüntüdəki nəqliyyat vasitəsinin sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib olunub", - deyə məlumatda vurğulanıb.