Türkiyənin Eskişehir şəhərində aviamühərrikləri və hərbi təyinatlı məhsullar istehsal edən TUSAŞ Motor Sanayii A.Ş. müəssisəsində güclü yanğın baş verib.
Sherg.az xəbər verir ki, yerli KİV-in məlumatına görə, yanğın istehsalat sexlərindən birində baş vermiş partlayışdan sonra başlayıb. Hadisə ilə əlaqədar zavodun bütün əməkdaşları təxliyə edilib.
Yanğının söndürülməsinə Türkiyə Hərbi Hava Qüvvələrinin ixtisaslaşmış bölmələri də cəlb olunub.
Hadisənin başvermə səbəbi və xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.