Türkiyənin məşhur iş adamının olduğu təyyarə qəzaya uğradı

Türkiyənin tanınmış iş adamı Hamdi Akının olduğu təyyarə Liviyanın Misrata hava limanında qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, təyyarə Türkiyənin ən böyük konqlomeratlarından biri olan “Akfen Holdinq”in təsisçisi və Direktorlar Şurasının sədri Hamdi Akına məxsusdur.

Bildirilib ki, qəza nəticəsində təyyarənin ekipaj üzvləri və Hamdi Akın sağ qalıb.

Hazırda Liviyanın hava məkanının bağlı olduğu bildirilir.