Ukraynanın Xalq artisti faciəli şəkildə öldü

Ukraynanın Xalq artisti Nikolay Yançenko faciəli şəkildə dünyasını dəyişib.

Axşam.az xəbər verir ki, sənətçi həyətindəki hovuzda elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

Qeyd edək ki, Nikolay Yançenko 2016-cı ildə Ukraynanın Xalq artisti fəxri adına layiq görülüb. O, 1990-cı illərdən etibarən səhnə fəaliyyəti ilə məşğul olub.