Universitet müəllimi dəhşət saçdı -ŞOK OLAY
Universitet müəllimi dəhşət saçdı -ŞOK OLAY
09:01 25.01.2024
Hadisə
443
4 yaşlı qızını və qayınanasını öldürdü, sonra intihar etdi
Tükiyənin İzmir şəhərində faciə yaşanıb. Ali məktəb müəllimi dosent-doktor Yusuf Yılmaz tapança ilə 3 nəfərə atəş açıb. Onlardan biri 4 yaşlı qızı Linda, ikincisi, 61 yaşlı qayınanası Dilək Uzeli, üçüncü şəxs isə həyat yoldaşı Dərya Uzeli Yılmazdır.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, 4 yaşlı Linda və nənəsi hadisə yerində ölüblər. Yusuf Yılmazın həyat yoldaşı Dərya isə ağır yaralanıb. Yusuf Yılmaz onlara atış açdıqdan sonra özünü də eyni silahla vuraraq intihar edib. Hadisə səhər saat 09:30 radələrində İzmirin Bornova bölgəsi, Atatürk məhəlləsində meydana gəlib. Hadisə yerinə gələn polis 3 nəfərin meyitini aşkarlayıb. Dərya Uzeli Yılmaz isə təcili yardımla xəstəxanaya aparılıb. Məlum olub ki, ailə çətin günlər keçirirmiş. Ege Universitetində müəllim işləyən Yusuf Yılmaz bir müddətdir xərçəng xəstəliyindən müalicə alırmış, müalicə olunmaq üçün xarici ölkəyə də gedib. Həyat yoldaşı ilə isə boşanma mərhələsində olub. Y.Yılmazın həyat yoldaşı Dərya Uzeli də müəllimdir və İzmir Katib Çələbi Universitetində işləyir. Boşanmaq üçün məhkəməyə müraciət edən cütlük bir müddətdir ayrı yaşayırmış. Y.Yılmaz həyat yoldaşının yaşadığı evin önünə gəlib, bu vaxt həyat yoldaşı, qızı Linda nənəsiylə birlikdə avtomobildən eniblər. Onları gözləyən Y.Yılmaz tapançadan 3-nə də atəş açıb. Sonra da silahla öz başından vurub. Y.Yılmazın silahdan istifadəyə icazəsi olmayıb. Qanunsuz silah gəzdirib. Ailəni tanıyanlarsa Y.Yılmazın xərçəng xəstəliyindən xilas olmayacağını bilərək ailəsinə qarşı belə qəddar hərəkət etdiyini düşünür. Dərya Yılmaz hazırda xəstəxanadadır, həkimlər onun həyatını xilas etməyə çalışır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm