Vyetnamın Fukuok adası yaxınlığında turistləri daşıyan sürətli katerin aşması nəticəsində 15 nəfər həyatını itirib.
Sherg.az xəbər verir ki, hadisə iyulun 11-də baş verib. Katerin göyərtəsində 32-si Hindistandan olan turist olmaqla ümumilikdə 36 nəfər olub.
Məlumata görə, qəza nəticəsində 15 nəfər həlak olub. Hadisənin səbəbləri hələlik açıqlanmayıb.
Kateri istismar edən şirkətin nümayəndəsi bildirib ki, gəminin kapitanı sərnişin daşımaları sahəsində uzun illər təcrübəyə malik olub.
Faktla bağlı araşdırma aparılır.