Xətai rayonunda minik avtomobili yanıb

Bakı şəhərinin Xətai rayonunda “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb. 
Bu barədə “Sherg.az” a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.