Yevlaxda məktəblini döyən polis işdən çıxarıldı - VİDEO
Yusif Nəzərli
08:38 15.12.2022
Hadisə
573
2013-cü il təvəllüdlü Tunar Kamranlının Yevlax RPŞ-nin təhqiqatçısı, polis kapitanı Vüsal Hüseynov tərəfindən döyülməsi ilə bağlı müraciət üzrə Yevlax Rayon Prokurorluğunda araşdırma aparılıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aparılmış araşdırma zamanı hadisə yerinə baxış keçirilib, videomüşahidə kameralarından görüntülər əldə edilib, Tunar Kamranlı və digər şəxslərin izahatları alınıb, məhkəmə tibbi ekspertizası təyin edilərək rəyi əldə olunub.
Baş Prokurorluğun təqdimatı əsasında daxili işlər nazirinin müvafiq əmri ilə, Vüsal Hüseynov tutduğu vəzifədən azad edilib, həmçinin, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə) maddəsinə əsasən inzibati icraat açılaraq toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Yevlax şəhər Sahib Əliyev adına 1 nömrəli tam orta məktəbdə çalışan müəllimlərin qarşısında 4-cü sinif şagirdi ilə sinif yoldaşı arasında mübahisə baş verməsi barədə məlumat vermişdik.
Belə ki, 4-cü sinif şagirdi qələmlə sinif yoldaşının alnından xəsarət yetirib. Bundan xəbər tutan şagirdin valideyni, Yevlax RPŞ-nin təhqiqatçısı, polis kapitanı Vüsal Hüseynov məktəbə gəlib. O, təhsil müəssisəsində övladına zərər vuran 2013-cü il təvəllüdlü azyaşlını döyərək ona xəsarətlər yetirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə