DİN kibertalama cinayətləri ilə bağlı vətəndaşlara müraciət edib
Yusif Nəzərli
06:31 22.03.2025
Cəmiyyət
401
Kiberdələduzlar öz cinayətkar niyyətlərini həyata keçirmək üçün hər ötən gün istifadə etdikləri üsulları yeniləyirlər. Ssenarilər fərqli olsa da məqsəd eynidir. İnsanları aldatmaq, vəsaiti ələ keçirmək.
Sherg.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) kibertalama cinayətləri ilə bağlı növbəti müraciətində bildirilib:
"Müxtəlif vasitələrlə sosial şəbəkələrdə insanların adına profillər yaradır, kiber üsullarla “Whatsapp” və “Telegram”da nömrə eyniləşməsi həyata keçirərək dələduzluq edirlər.
Sosial şəbəkə hesablarınıza və ya mobil nömrənizə dostunuz, yaxınınız və ya tanışınız hesab etdiyiniz şəxslərdən borca pul istəməsi ilə bağlı mesajlar gələ bilər. Profil şəkli, ad-soyad da eynidir. Siz də dostunuz olduğu üçün onun xahişinə yox demirsiniz, pulu göndərdiyi kart hesabına köçürürsünüz. Bir neçə dəqiqədən sonra isə zəng edib və ya yazıb “pul kartına köçdümü?” deyə soruşmaq istədikdə ya həmin səhifənin bloklandığını, ya da sizə yazan zahirən dostunuzun nömrəsinə bənzəyən nömrəyə zəng çatmadığını görürsünüz. Kontaktınızda dostunuzla həmişə əlaqə saxladığınız nömrəni tapıb danışanda isə məlum olur ki, o, sizdən borca pul istəməyib və onun heç bu məsələdən xəbəri yoxdur.
Son aylarda qeyd etdiyimiz üsulla - yəni oxşar hesablar və nömrə eyniləşdirmə yolu ilə maddi vəsaitlərinin talanması hallarının artdığı müşahidə olunmaqdadır.
Gəlin, hər zaman olduğundan daha diqqətli davranaq, zəng edibsə yazaraq, yazıbsa zəng edərək dəqiqləşdirmə aparaq, şəxsi, həmçinin kart məlumatlarımızı heç kimlə bölüşməyək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region
Rusiyada səfərbərliyə hazırlıq gedir
17:55 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya